Bir yaşlı körpənin dəstəyə ehtiyacı var: “Vəziyyəti günü-gündən ağırlaşır” - FOTO

8
Apr
15:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir yaşlı Xədicənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə seher.media-a onun anası Sara İsmayılova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir.

“Xədicə anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir. Vəziyyəti isə günü-gündən ağırlaşır. Həkimlər xəstəlik inkişaf etsə, böyrəkköçürülmə əməliyyatına ehtiyac olacağını deyirlər. Mənim övladım çox balacadır, bu əməliyyatı etdirmək üçün nə imkanımız, nə də donorumuz var”.

Sara İsmayılova yardımsevər şəxslərin dəstəyinə ehtiyacları olduğunu deyib:

“Xədicənin vəziyyəti son günlər ağırlaşıb. Müalicələri davam etdirə bilmək üçün hazırda 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm. Aylardır sizin saytın izləyicilərinin dəstəyi ilə övladımı həyatda tuturam. Xahiş edirəm bu müqəddəs ayda bizə dəstək olun. O mənim yeganə övladımdır. Onu itirməkdən çox qorxuram”.

Ailə ilə əlaqə: (077) 563-44-73.

Kapital Bank: 4169 7388 8226 6921.