Abşeronda 11 evdən oğurluq edən şəxs saxlanılıb

10
Apr
16:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeronda yeni tikilməkdə olan 11 evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən seher.media-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Nübar qəsəbəsi ərazisində bir evdən 600 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Əliqardaş Alxasov müəyyən olunaraq saxlanılıb.

Onun müxtəlif vaxtlarda Hökməli qəsəbəsi ərazisində daha 10 evdən ümumilikdə 16500 manat dəyərində kombi aparatı, inşaat materialları, təmir alətləri və məişət əşyaları oğurlaması da müəyyən olunub.

Ə.Alxasov əsasən yeni tikilməkdə olan və təmir edilən mənzillərdən oğurluq edib.

Faktla bağlı araşdırma aparılır.