QRİPİN DƏRMANI - ZƏNCƏFİL ÇAYI - BİLİNMƏYƏN FAYDALARI

11
Apr
11:13
thumb_down 0
298

Çox illik boyu 1,5 metrəyə qədər qalxan bir bitkidir. Yarpaqları 2 sm enində və 20 sam uzunluğunda lansetvaridir. Sarı rəngdə çiçəkləri vardır. Müalicə və ədviyyat kimi kök yumurularından istifadə edilməkdədir.

Yayılması

Şərqi Asiyada geniş yayılmışdır. Hindistan, Nigeriyada, Tayvanda becərilməkdədir. Təsüf ki, Azərbaycanda bitməyən bir bitkidir. Amma istixanalarda asanlıqla artırmaq mümkündür. Maraq xatirinə təzə zəncəfil kökünü ev dibçəklərinə əkib artıra bilərsiniz.

Zəncəfil kökü

Qurani Kərimdə Quranda zəncəfil haqqında İnsan surəsində 17-ci ayədə (orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək) ora deyəndə cənnət nəzərdə tutulur və cənnətdəki şərab insanı məst etməyəcək.

Zəncəfilin tərkibi

Zəncəfil köklərinin tərkibində 6-8% miqdarında oleorezin, 3% miqdarında efirli birləşmələr (hansıki zəncəfilə gözəl ətir verir bunlar kamfen, beta fellandren, 1,8 sienol, geranial),Monoterpenlərdən limonen, mirsen, borneol, qeraniol, linalol və sair. Seskiterpenlərdən 50-70 faiz beta-bisabolen, zingiberen, kurkumin.