KİÇİLƏN KÖLGƏLƏR /Sona İntizar/

11
Apr
18:40
thumb_down 0
651

Hündür binaların boyu buludlara çatır. Göydə parlayan günəşə həsrət qalan minlərlə qırılmış pəncərələr var bu şəhərdə. İnsanları soyuq, havası küləkli, münasibətlər qeyri səmimi... Qorxunc şəhərin insanları da sevgisiz müqəvva kimi görünür kənardan. Bir az ögeylik, bir az biganəlik yağır qarşı qarşıya gələn insanların simasından. Bənizi kədərdən solmuş, yanaqları təbəssümə həsrət qalan yorğun insanlarla doludur bu şəhər. Yeridikcə addımlarının sayını itirən adamlar sanki məcbur harasa sürüklənirlər. Bəziləri yorulduğu işinə, bəziləri səhər dırdırandan qaçdığı evinə, bəziləri məcbur evliliyin əsiri olduğu görüşə, bəziləri xam xəyallarının ardınca gedər gəlməzə...

Arada günəş altında yerimək istədikcə əks istiqamətdən gələn adamların arasında it bat olursan, sag solunu çaşırsan, bəzən isə kiminsə yerdə sürünən kölgəsini tapdalamağa məcbur qalarsan. Kiçik insanların necə böyük kölgəsi olur... bəzən günəşlə üz üzə dayandıqda, qollarını səmaya açıb günəşi salamladıqda o da səni ucaldır sanki. Bir də əksinə, böyük bildiyimiz kəslərin ayaqlar altında əzilən, divarlardan süzülüb yerə düşən kölgəsi olur. Binalar kimi varlığı ilə itirir günəşin şəfəqlərini. Özü böyük, kölgəsi kiçik insanlar daxilən kiçik sayılır məncə. Bu təbiətin şıltaqlığına bağlı olan məsələ olsa da, mən əksinə düşünürəm. Kəs özü öz kölgəsini qarşıdakıların təsəvvüründə kiçiltməsə hər zaman uca olar. Məsəl kimi: Allah kölgəni üzərimizdən əskik etməsin. Dərin məna var bu məsəldə, daxili cahil olan kəs bunu dərk etməz.

Elə isə həyatımız boyu öz gözümüzdə deyil, vicdan qarçısında uca olmağı düşünün!!! 

Kölgəniz kiçilməsin diləyi ilə...

SONA İNTİZAR/31.03.2024/Xırdalan

*Müəllif hüquqları qorunur.