Ağdərədə odlu silahlar aşkarlanıb

12
Apr
12:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad olunan Ağdərə rayonunda odlu silahlar aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan seher.media-a məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin və Daxili Qoşunların hərbi qulluqçuları Ağdərə rayonunun Umudlu kəndi ərazisində xidmətdə olan zaman üç pulemyot, bir qumbaraatan və bir avtomat aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.