Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU - YENİLƏNİB

12
Apr
23:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kür çayında batan ata və qızının fotosu yayılıb.

Qeyd edək ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman altı yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

Hazırda onların axtarışları davam edir.

Sözügedən fotoları təqdim edirik:

21:00

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıblar.

“Report” xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş.

Bu zaman altı yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

Hazırda onların axtarışları davam edir.