Gəncədə yanğın olub: Ölən var

13
Apr
11:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Bursa küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evində yanğın olub. Dərhal əraziyə FHN-in yanğınsöndürmə qüvvələri və canlı qüvvəsi cəlb olunub.

Yanğın kəşfiyyatı zamanı evdən 1966-ci il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.