Anardan Çingiz Abdullayevin səhhəti ilə bağlı AÇIQLAMA: “Bazar ertəsi işə çıxacaq”

13
Apr
12:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar Rzayev Mərkəzi Gömrük xəstəxanasına yerləşdirilən Xalq yazıçısı Çingiz Abdullayevin səhhətindən danışıb.

Yazıçı Anar Teleqraf.com-a açıqlamasında Çingiz Abdullayevin səhhətinin normal olduğunu deyib:

“Hazırda səhhəti yaxşılığa doğru gedir. Bazar ertəsi işə çıxacaq”.

Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılıb. Xalq yazıçısının səhhətində yenidən problem yarandığına görə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.