Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

13
Apr
18:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən seher.media-a bildirilib.

Vurğulanıb ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.