İki yaşlı Zəhranın dəstəyə ehtiyacı var: “Yaralarını sarımağa bint ala bilmirik” - FOTO

14
Apr
12:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir yaş səkkiz aylıq Zəhranın dəstəyə ehtiyacı var.

Bu barədə seher.media-a onun anası Şəbnəm Abbasova məlumat verib.

O bildirib ki, övladı noyabrın 4-də bədbəxt hadisə nəticəsində yanıb.

“Zəhra bir yaş səkkiz aylıqdır, noyabrın 4-də çaydanın naqilini üstünə çəkib, özünü yandırıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə getdik. Orada müalicələr alsaq da, imkanımız olmadığı üçün çıxmalı olduq. Zəhranın müalicəsini davam etdirə bilmək üçün 600 manata ehtiyacımız var. İnanın, nə mazlarını ala bilirəm, nə bintini. Yaraları suluq edir, partlayır. Ağrılara dözə bilmir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (099) 351-56-54.

Kapital Bank: 4169 7388 7185 6161.