Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahan Bakı şəhərində beş binada təşkil olunub. İmtahanın idarə olunmasına 11 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 107 nəzarətçi, 10 buraxılış rejimi əməkdaşı cəlb edilib.
Aprelin 15-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.