İmişli şəhərində 5 saylı orta məktəbin həyətində elektrik cərəyanının vurması nəticəsində həyatlarının itirən məktəblilərin şəxsiyyəti məlum olub.
APA-nın xəbərinə görə, elektrik cərəyanın vurması nəticəsində İmişli sakinləri 2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov və Fərhan Farid oğlu Məmmədzadə həyatlarının itiriblər.
Amid İsbərov və Fərhan Məmmədzadə səkkizinci sinif şagirdləri olublar.
16:08
İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.
APA-nın xəbərinə görə, hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.
Məktəbin həyətində 6-8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.