Lavrov iranlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

14
Apr
22:18
thumb_down 0
79
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib.

Qeyd olunub ki, telefon danışığı zamanı “əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəlib”:

“İranın xarici işlər naziri aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə İran rəsmilərinin ölümü ilə nəticələnmiş hava hücumuna cavab olaraq Tehranın gördüyü tədbirlər barədə rusiyalı həmkarına məlumat verib”.

Danışıqlar zamanı “regionda vəziyyətin əlavə eskalasiya və yeni təhlükəli təxribatçı hərəkətlərin Yaxın Şərqdə gərginliyin artmasına səbəb ola biləcəyi” vurğulanıb.

Eyni zamanda, “Qəzza zolağında dərhal atəşkəs əldə olunması, ən aktual humanitar problemlərin həlli və Fələstin – İsrail münaqişəsinin iki dövlət əsasında həllinə dair BMT qətnamələrinə uyğun olaraq birbaşa danışıqlar üçün güclü şərait yaradılması” təsdiqlənib.