Sabunçuda evdə 43 yaşlı kişinin asılmış meyiti aşkarlanıb

17
Apr
11:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda evdə 43 yaşlı kişinin asılmış meyiti aşkarlanıb.

APA xəbər verib ki, Sabunçu rayonu, Xanlar yaşayış massivində yaşayan 1981-ci il təvəllüdlü Taleh Müzəffər oğlu Quliyevin meyiti yaşadığı evin həyətində yerləşən yardımçı tikilinin tavanından asılmış halda tapılıb.

Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.