Ədliyyə Nazirliyində kadr dəyişiklikləri olub

17
Apr
12:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Əliyevə qurumun Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Bu barədə Ədliyyə Nazirliyindən seher.media-a bildirilib.

Bundan əvvəl, Ə.Əliyev Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.

Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.