Tbilisidə atışma olub: Yaralananlar var

17
Apr
16:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın paytaxtı Tbilisidə atışma olub, üç nəfər yaralanıb.

Qeyd olunub ki, hadisə şəhərin Tabidze küçəsində baş verib.

Hadisə şahidləri yaralılardan birinin başından, iki nəfərin isə çiynindən güllə yarası aldığını bildiriblər.

“Atəş səsi eşitdim. 5-6 dəfə atəş açıldı. Qonşu mənə dedi ki, güllə atan başından, özünü müdafiə edən iki nəfər isə kürəyindən yaralanıb”, - deyə şahid qeyd edib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Mənbə: interpressnews.ge