Xankəndidə silah-sursat aşkarlanıb

18
Apr
09:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən seher.media-a məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.