Kredit götürüb soğan əkdi, 200 ton məhsulu sata bilmədi, 70 min manat ziyana düşdü (FOTO)

19
Apr
23:41
thumb_down 0
Sahibkar məhsulu satmaq üçün alıcı qüvvəsinin olmadığını vurğulayıb:
 
"Alıcı olsaydı satardım. Almaq istəyən də ucuz qiymət təklif edirdi. Sahibkar üçün çox çətindir. Bu boyda ziyana düşdük. Mövsüm başlayıb, amma əldə pul yoxdur nəsə iş tutaq. İndi kredit ödəməliyik. Rayonda bəlkə 100 min tonlarla söğan batdı". 
 
Elburus Məmmədov yerli məhsula üstünlük verilmədiyini də qeyd edib:
 
"Bizim məhsulu almırlar, bazara soğanı xarici ölkələrdən gətirirlər. Heç kəs yerli malı almır. Onlara xaricdən mal almaq daha sərf edir. Bazarlarda yerli mal tapmaq olmur".