Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİR + CANLI YAYIM

20
Apr
14:00
thumb_down 0

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb.

seher.media-ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək.

Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək.

13:18

Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə seher.media-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.

12:55

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. 

Axşam.az-ın məlumatına görə, müğənni bu gün ürək çatışmazlığından dünyasını dəyişib. 

Xəbəri onun duet ortağı Firuzə İbadova təsdiqləyib. 

Əzizə İsmayılova