Şri-Lankada avtomobil yarışında FACİƏ: Ölənlər və yaralananlar var - VİDEO

21
Apr
19:36
thumb_down 0

Şri-Lankada yarış avtomobili insan izdihamına çırpılıb.

Bu barədə yerli polis məlumat yayıb.

Qəza keçmiş hərbi qarnizonun ərazisində keçirilən “Fox Hill Super Cross” yarışında baş verib. Bu il yarışı izləməyə 100 mindən çox insan gəlib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, yarış iştirakçılarından biri idarəetməni itirərək avtomobili tamaşaçıların üzərinə sürüb. Uşaqlar da daxil olmaqla 7 nəfər ölüb. Daha 21 nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır.

Mənbə: NTV