“Mənə sual verir ki, ata, niyə az oynadın?” - Ağabala qızının pankart açmasından danışdı + FOTO

22
Apr
16:54
thumb_down 0

“Ümumiyyətlə, qızımın ora gələcəyini bilmirdim. Birdən gözüm pankarta sataşdı, ona baxdım. Bir anlıq olan hər şey gəldi keçdi gözümün önündən”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Səbail”in hücumçusu Ağabala Ramazanov deyib.

Futbolçu “Araz-Naxçıvan”a 2:0 qalib gəldikləri matçda qızının “Xoş gəldin, ata” pankartı açmasından danışıb.

Uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdan forvard qızının bəzən oyunlara gəldiyini də açıqlayıb:

“Allaha şükür edirəm ki, yaşıl meydanlara qayıtdım. Bayılda keçirilən matçlarda ara-sıra deyirdim, qızımı oyunlara gətirirdilər. Futbolçu ailəsində olduğu üçün qız da olsa, futbola marağı var. Mənə sual verir ki, ata niyə az oynadın. Deyir ki, istəyirdim “papa, papa” qışqırım”.