«Şərqi Zəngəzur»da tenderləri kimlər udur? – Bir şirkət 55 milyon manatlıq sifariş alıb

27
Apr
19:25
thumb_down 0

«Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti» tərəfindən 2023-cü ilin əvvəlindən günümüzədək 93,2 milyon manat dəyərində tenderlər elan edilib. Qurumun tenderlərini müxtəlif şirkətlər udub.

Dia-az.info xəbər verir ki, qeyd edilən dövr ərzində tenderləri sayca ən çox udan şirkətlər "19 Saylı Tikinti Təmir İdarəsi" MMC, "Az-Tex-Import" MMC, “Geoproject” MMC və "İnfinitech" MMC şirkətləri olub.

Adı çəkilən şirkətlərdən "19 Saylı Tikinti Təmir İdarəsi" MMC şirkəti 55 milyon 152 min manat həcmində 3 tenderin qalibi, yerdə qalan şirkətlər isə 2 tenderin qalibi olub.

Qeyd edək ki, qurumun ən iri məbləğli tenderinin qalibi də məhz "19 Saylı Tikinti Təmir İdarəsi" MMC şirkətidir.

Bundan başqa, əlavə 2 şirkət dəyəri 10 min manatdan yuxarı olan tenderləri udub : “Crystal İnşaat” ASC və “Protean Construction” ASC.

Şirkətlər haqqında daha ətraflı :

Qeyd edək ki, "19 Saylı Tikinti Təmir İdarəsi" MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Loğman Aslanov Fərəc oğludur. Hüquqi ünvanı AZ3800, Qusar rayonu, Qusar Ş, Karl Marks, ev 67 ünvanında yerləşir.

"Az-Tex-Import" MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 226 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur. Hüquqi ünvanı AZ1142, Bakı şəhəri Xətai rayonu, Telnov, ev 2347/48, m. 290 ünvanında yerləşir.

“Geoproject” MMC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin Əliyev Abbas oğludur. Hüquqi ünvanı AZ1018, Bakı şəhəri Xətai rayonu, Oksigen, ev 16 ünvanında yerləşir.

"İnfinitech" MMC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 250 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mustafa Əyyubov Sabir oğludur. Hüquqi ünvanı AZ1002, Bakı şəhəri Nizami rayonu, Məmmədəli Şərifli , ev 9, m. 107 ünvanında yerləşir.

“Crystal İnşaat” ASC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəsul Rəsulov Məhəmmədəli oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Pr. (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir.

“Protean Construction” ASC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 160 672 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhəmməd Təhməzov Ağca oğludur. Hüquqi ünvanı Az1026, Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov, ev 236 ünvanında yerləşir.