Güney Azərbaycanda zorakılığa məruz qalan qadınlar üçün mərkəz bağlanıldı - FOTO

30
Apr
21:00
thumb_down 0

Cənubi Azərbaycan əyalətinin Urmiya şəhərində zorakılığa məruz qalan qadın və qızlar üçün “Mehr Şəmsafərid” sığınacağı və müdafiə mərkəzi bağlanıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

“Mehr Şəmsafərid” qeyri-hökumət sığınacağı, zorakılığa məruz qalan qadınlar üçün kiçik bir mərkəz və bizim canımızdan daha dəyərli olan sığınacaq bağlandı”, - deyə mərkəzin rəhbəri və qadın hüquqları müdafiəçisi Fatimə Babaxani bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik qurumları bir neçə il öncə mərkəzin bağlanacağı ilə bağlı ona xəbərdarlıq edib, habelə ona təzyiq göstəriblər.