Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər

2
May
19:18
thumb_down 0

Rusiya Silahlı Qüvvələri “Donetsk Xalq Respublikası”nın (DXR) Berdıçi kəndini nəzarətə götürüb.

Bu barədə mayın 2-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mərkəz” qoşun qruplaşmasının bölmələri fəal hərəkətlər nəticəsində “Donetsk Xalq Respublikası”nın Berdıçi qəsəbəsini tamamilə azad edib”, - deyə nazirliyin açıqlamasında bildirilib.

Bundan əlavə, Rusiya hərbçiləri “DXR”in Vozdvijenka, Kalinovo, Sokol, Novopokrovskoye və Proqres yaşayış məntəqələrinin ərazilərində müdafiə qüvvələrinin taktiki vəziyyətini yaxşılaşdırıb və Ukrayna Silahlı Qüvvələrinin birliklərini məğlub ediblər.