KİTAB KİMİ BİNALAR /Sona İntizar/

7
May
22:33
thumb_down 0
334

Yenə yad şəhərin doğmalığı qələmimim nişanğahındadır. Dolaşıq küçələri, dağınıq səkiləri, qopmuş asfalt topaları, qarışıq tikililəri, bir birinin ardından boylanan binaları ilə.

Bu dəfə eyvanımdan baxmıram mənzərəyə. Bunlara şahidlik edən ayaqlarımla var-gəl edirəm qoca şəhərin yeni salınan məkanlarının qarşısından yuxarı-aşağı. Bəzən hansısa aynalarda əksimi görüb donub baxıram “hara gedirsən?” sualına cavab gözləyən kimi.

Mənə bu yad şəhərdə ən maraqlı gələn, qarışıq inşa edilmiş binalar arasından boylanan sıradan görünsə də mənim göz memarlığımda “KİTAB KİMİ BİNA” adlandırdığım, içərisində tək otaq lampası yanan mənzillərdir.

Kitab kimi binalar əzəmətli olurlar. Eyvanları daxilə yönəli olur, zivəsiz olur bəzən, artıq heç nə tapa bilməzsən baxanda zahirindən. Otaq sayları da kitabın vərəqləri kimidir. İlk cümləsi qonaq otağı olar məncə yazılsa bu kitablar. Mündəricatı mətbəx, ön sözü eyvanlar...

Necədə qəribədir KİTAB KİMİ BİNALAR...

07.05.2024/SONA İNTİZAR/Xırdalan