Azərbaycan XİN Əfqanıstana və Braziliyaya başsağlığı ünvanlayıb - FOTO

12
May
16:54
thumb_down 0

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstana və Braziliyaya başsağlığı ünvanlayıb.

seher.media xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım edilib.

“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi. Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, - deyə XİN qeyd edib.

“Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik”, - deyə paylaşımda bildirilib.