Kitaba dönmüş qadın... - SONA İNTİZAR

21
May
21:01
thumb_down 0
308

Bir qadın düşünün... Həyatın boşluqlarını nərdivan edib, hər boşluqdan bir nəticə çıxardıb, geriyə baxaraq irəliləmək eşqi ilə yaşayan qadın. Hər kiçik incikliyi özünə dərd edən, hər kiçik anlardan xoşbəxt olmağı bacaran bir qadın. Keşməkeşli ömür yolu, vüsalla intizarı vəhdət şəklində yaşayan qadın. Ürəyindəki hissləri yalnız sevdiyi insanla bölüşən, qəlbini küsdürən eşq acısından yalnız sevdiyinə danışan bir qadın. Və bir də, bu qadın yazardıza... Bəli, bu Sona İntizardır...

Hansı ki təxəllüsünüdə intizardan bəhrələnərək götürülüb. Sevgi dolu bir qadından “kitab dolu bir qadın”a çevrilmiş, nəhayətində, kitaba dönmüş qadın olan Sona İntizar. Qələmə sarılıb keçmişin yaşantılarını bəzən yeni səhifəyə köçürmək istər, bəzən isə o dəftərimi, ya o kitabımı – bilinməz, yəni sətirdən, yeni abzasla başlamaq istər: “Budur artıq qarşınızda mənəm Sona İntizar!” – deyə. Gözlərindəki qəmi eşq şərabının verdiyi o başgicəlləndirən haldan almış, parıltısını sevgidən qazanmış qadın.

Bəzən sevgidən yazan, bəzən isə sevginin özünə çevrilən bir qadın... Uğurunda can verməyə hazır olduğu vu vətənə bağlı insan, həyatla təkbətək döyüşdən əvvəl valideynlərinə sarılan biri. VƏTƏN, ANA, ATA – bu üçlüyü heç ayrı tutmayan, qəlbində olan sevgini üçə bölən insan. Çünki, o ata, o ana aşılayıb ana vətən eşqini. Amma, bu eşq daha ön. Keçərək ilahi bir eşqə çevrilə bilib. Allahına əl açıb hər halına şükr etməyi o valideynlər öyrədib ona. Hər zaman onun nazını çəkən valideynlərinin nazıyla oynamağı öz övladlıq borcu sayır.

Necə ki, biz bu vətənə bir övladıq... Hər daşına, hər qayasına sarılıb ucalır insan. Vətənsiz olmaz! Gərək ki, ona da layiq olasan. O hissin adını sözlərlə ifadə etməkdə aciz qalir qələm...

Bu duyğu insanı özündən küdürə bilmək gücünə malikdir. Bəzən isə, bu duyğu insana güc verər, həyata ikiəlli bağlanmağa vadar edər. Sadəcə, “sevin-sevilin” demək qalar mənə. Sevin, bğyük və təkrarsız sevgi ilə sevin. Sevildiyinizi qəbul edin. Özünüzə dəyər verin, ən əsası heç vaxt sevgisiz qalmayın.

Həyat möcüzələrlə doludur... Və unutmayın ki, insan övladı hər zaman hər şeyi yenidən başlaya bilər...

Heç nə üçün heç vaxt gec deyil...

P.S. Sona İntizarın "Kitab dolu qadın" kitabından seçmə...

SONA İNTİZAR/BAKI/21.05.2024