"Rossiya 24" Bakı Enerji Həftəsi ilə bağlı süjet hazırlayıb

6
İyn
20:54
thumb_down 0
28

"Bakı Enerji Həftəsinin keçirildiyi Azərbaycana dünyanın hər yerindən neft-qaz sənayesinin və energetikanın aparıcı nümayəndələri gəlib".

Bu barədə "Rossiya 24" telekanalının ölkəmizdə təşkil olunan tədbirlə bağlı hazırladığı süjetdə deyilir.

Bildirilir ki, 40-dan çox ölkəni təmsil edən 300-dən çox şirkətin nümayəndəsi Bakı Enerji Həftəsinin işində yaxından iştirak edib.

Qeyd olunub ki, tədbirdə enerji sahəsinin problemləri və müasir çağırışlar müzakirə olunub.

Daha ətraflı süjetdə: