Ekologiyanın qorunması üçün dövlətimiz vacib işlər görür

7
İyn
00:15
thumb_down 0
80
Prezident İlham Əliyev Berlində keçirilən “XV Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində Azərbaycanın əsas prioritetlərindən bəhs edib. Ölkə başçısı qeyd edib ki, “konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər dövlətlərin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik”. Bu bir reallıqdır ki, azərbaycan dünyada iqlim dəyişiklikləri, təbiətə vurulan zərər, ətraf mühitin mühafizəsi, ekologiyanın qorunmasına hər zaman xüsusi önəm verib.
 
“Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan coğrafi mövqeyi ilə digər ölkələri də ekoloji problemlərin həllinə diqqət ayırmağa təşviq edir. Azərbaycan regionun karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarının vacib təşəbbüskarlarındandır. Azərbaycanın alternativ enerji potensialı ilə bağlı hədəfləri mövcuddur. otuz ilə yaxın Ermənistanın işğalı altında qalan, barbarcasına talan edilən, ekoloji terrora məruz qalmış ərazilərimizdə hazırda canlı təbiətin bərpası üçün zəruri addımlar atılır. Ekologiyanın qorunması üçün dövlətimiz vacib işlər görür. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji, “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyası məhz bu məqsədlərə xidmət edir”.
 
Azərbaycan neft qaz ölkəsi olsa da bərpa olunan enerjini təşviq edir: “Azərbaycanda ekologiyaya, ətraf mühitin, canlı təbiətin qorunması xüsusi önəm kəsb edir. COP29-a ev sahibliyi ölkəmizin yaşıl enerji amilinə olan önəminin ifadəsidir. COP29-a ev sahibliyi Cənab Prezidenti İlham Əliyevə, dövlətimizin həyata keçirdiyi uğurlu strategiyaya olan inam və etimaddan qaynaqlanır. BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurla sədrlik, bir müddət öncə BMT Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilməsi Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi xarakterini göstərir”.
 
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri