“Qurtuluş -93”-də qanunsuz tikintiyə razılığa gələn məmurlar və Hacı Məhərrəm - VİDEO

17
İyn
22:07
thumb_down 1
241

Bir müddət öncə haqqında çəkiliş edib qanunsuz fəaliyyəti ilə bağlı Abşeron rayon icra hakimiyyətinə sorğu ünvanladığımız, Masazır qəsəbəsi, “Qurtuluş-93” ünvanında aparılan qanunsuz tikinti ilə bağlı “TİKİNTİSİ DAYANDIRILIB” cavabı verilsə də, hazırda tikinti davam edir. Bu tikilinin hansı sənəd üzərində tikilməsi ilə bağlı isə heç bir icazə kağızı təqdim edilmədi. Haqqında araşdırma apardığımız “Qurtuluş-93”-də baş tutan qanunsuz bu tikili Hacı Məhərrəmin göstərişi ilə davam edir. Əlbəttdəki Hacı Məhərrəm özbaşına bunu icra edə bilməzdi, Abşeron rayonu icra hakimi Abdin Fərzəliyevin icazəsi olmadan...

Bəs cənab başçı bu qanunsuzluğa hansı marağa görə göz yumur?!

Axı tikinti 20-dən çox ağacın kəsilməsi ilə həm ekologiyaya ziyan vurmaqla baş tutub, həm Fövqəladə Hallar Nazirliyinin tikintini dayandırma əmrini heçə sayır, həm də şəhərsalmanın tələblərini pozur. Belə qənaətə gəlmək olur ki, həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, həm Fövqəladə Hallar Nazirliyinin, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələdə öz marağı var. Fövqəladə Hallar Nazirliyi tikintini dayandırmış və bununla bağlı öz rəsmi saytlarında verdikləri məlumatda da qeyd etmişlər. “Qurtuluş-93”-ün rəhbəri o zaman tikinti icazəsini kimdən və nə cür yolla alıb?! İddialara görə Hacı Məhərrəm “Qurtuluş-93”-də torpaqları 300-400 min manat rüşvət müqabilində satır. Sözügedən tikilinin həyata keçməsi üçün 20-dən çox ağac kəsilmiş olsada yenə Ekologiya və Təbii Sərvətlər Nazirliyi susur. Hətta ağacların kəsilməsi ilə bağlı prokurorluq cinayət işi də açmışdır. Yəqin torpaqların satılmasından onlara da haqq çatıb.

Bəs niyə, nə oldu ki, rəsmən dayandırılmasına qərar verilmiş tikinti, elə özləri tərəfindən də himayəyə alındı?!

Belə olduğu halda bu razılaşmanı dövlət qanunlarına tabe olmaması və məmurların səlahiyyətlərindən sui istifadə etmələri ölkə başçısının göstərdiyi etimadı doğrultmadıqlarına bir işarədir. Xalqa xidmət etmək üçün seçilən məmurlar öz maddi maraqlarına görə çalışmağı daha üstün tutaraq, dövlətin torpaqlarını sataraq ozlərinə biznes planları qurur.

Görüntülərdən də aydın görünür ki, bu tikinti ağacların məhv edilməsi bahasına başa gəlib. Lakin, hansısa marağa qulluq edən rəhbər qurumlar susur.

“SƏHƏRMEDİA” xəbər portalı olaraq Azərbaycan Respublikasının ali qanunlarını pozan bu tikintini icra edən “işbazlar” haqqında ciddi tədbir görülməsi ilə bağlı aidiyyatı qurumlardan xahiş edirik.

MƏSƏLƏ DİQQƏTİMİZDƏDİR!

ZAUR QAFAROV/təsisçi-direktor