Ermənistandan Rusiya rəmzlərinə qarşı növbəti vandalizm aktı

18
İyn
12:18
thumb_down 0
20

İrəvanda Qələbə parkında sərhədçilərə ucaldılmış abidə yaxınlığında quraşdırılmış Rusiya bayrağı və gerbi naməlum şəxslər tərəfindən qoparılıb. Bu hadisə Ermənistanda Rusiya rəmzlərinə qarşı kimi qiymətləndirilir.

İrəvan meriyası erməni mediasına açıqlamasında baş verənlərə görə məsuliyyət daşımadığını bildirib və ərazinin sahiblərini göstərib.

Lakin "İravunk" qəzeti xəbər verir ki, belə vandalizm aktları mütəmadi xarakter alıb və həmin ərazi məhz meriyanın idarəçiliyi altındadır.

Qeyd edək ki, Ermənistanın Rusiya ilə münasibətləri son vaxtlar gərginləşib. Bəzi erməni siyasətçilər və ictimai xadimlər açıq şəkildə Rusiyanın ölkədəki hərbi bazasının bağlanmasını tələb edirlər. Eyni zamanda, Ermənistanda rus dilinin statusu və təhsildə istifadəsi ilə bağlı da mübahisələr gedir.

Rusiya XİN-dən hələlik bu hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. Lakin ekspertlər hesab edirlər ki, bu cür təxribatlar İrəvanla Moskva arasında diplomatik gərginliyi artıra bilər.

Ermənistandan Rusiya rəmzlərinə qarşı növbəti vandalizm aktı

Ermənistandan Rusiya rəmzlərinə qarşı növbəti vandalizm aktı

Mənbə: "Sputnik" Ermənistan