Çatdırılma adı ilə "ŞOU" göstərən gənclər

18
İyn
15:30
thumb_down 0
372

Son günlər ölkədə geniş vüsət alan motosikl problemi həll olunmaz həddə çatıb. Böyük supermarketlərin, restoranların və digər onlayn çalışan obyektlərin çatdırılma xidmətini yerinə yetirmək üçün işə cəlb etdiyi Wolt və Bolt kimi şirkətlərin motosikl sürənlərinin əksər çoxluğu yeniyetmə oğlanlardır. Yeniyetmələr əsasən çatdırılma səviyyəsini qarşılamaq üçün deyil, özləri öz aralarında yarış keçirirmişlər kimi sürürlər. İstər piyada keçidlərində, istər döngələrdə sərt manevrlər edərək, insanların həyatına təhlükə yaradırlar. İşə cəlb olunan sürücülərin çoxu sadəcə yollarda “şou” göstərmək xatirinə həyatı təhlükə yaradır. Bu kimi hallar Xırdalan şəhərində də az deyil.

Xırdalan şəhərində sakinlərin haqlı narazılığına səbəb olan motosikl səs küyü, onların avtomobil yollarında ehtiyatsız davranmaları, kaska və dirsəkliklərdən istifadə etməmələri, nasaz səsboğuculu motosikletlərdən istifadə etmələri, gecə saatlarında yüksək səslə idarə etdiyi motosikletlərin insan istirahəti üçün nəzərdə tutulan saatlarda verdiyi narahatçılıq artıq böyük narazıçılığa gətirib çıxarır ki, bu da başqa bir mövqedən insan həyatına təhlükədir.

Gec saatlarında (gecə 12-dən səhərə kimi) motosikl səsi bütün şəhər boyu insanların sakitliyini pozur. Nəzərə alsaq ki, dövrümüzdə evində xəstə, uşaq, hamilə qadın olan ailələr var. Bu həm də milli mental dəyərlərimizə ziddir. Nə qədər müasir dövrdə yaşasaq da biz öz mental dəyərlərimizə də xidmət etməliyik. Bu o demək deyil ki, motosikl sürülməsinə və ya onun xidmət növünə yox deyirik, yaxud deməliyik. Əsla! Bununla biz “SƏHƏR MEDİA” xəbər portalı olaraq, insanların təhlükəsizliyini, həmin nəqliyyat növündən istifadə edib, qazanc əldə etmək istəyən insanların iş saatlarında və ya qeyri iş saatlarında öz həyatları ilə risk etməklərinin marağındayıq.

Müştəri xidmətinin yüksək səviyyədə olması üçün personalına bu nəqliyyat vasitəsindən istifadə edən insanlar mütləq qaydada dövlətin müvafiq qurumları tərəfindən yoxlanıb araşdırılmalıdır. Bəzən işçini tibbi arayışsız və ya nəqliyyat vasitəsini idarə edə bilməsi haqqında heç bir sənəd təqdim etməyən insanları da əməyə cəlb edən obyektlərlə rastlaşırıq. Çünki, artıq dövrün dəb halını almış motosikl istifadəçilər adətən yeniyetmə olduğu üçün və ya deyərdim ki, həyatı hələ tamlığı ilə dərk etmədiyi üçün adrenalin həvəsini iş adı altında həyata keçirir. Oysa ki, bu tip maraqları həyata keçirmək üçün gənclərə müəyyən yerlər və şərait yaradılıb.

“SƏHƏR MEDİA” xəbər portalı olaraq, mövzu hər zaman öz aktuallığını saxladığı üçün diqqətimizdədir və aidiyyatı qurumlardan sözügedən narazılıqları nəzərə alaraq ciddi tədbir görmələrini xahiş edirik.

Mövzuya qayıdacayıq.

Zaur Qafarov/təsisçi-direktor

Məlumatdan istifadə edərkən istinad mütləqdir!