Fransa ictimaiyyətindən Makrona tələb: "Ermənistana qoşun göndər!"

18
İyn
20:54
thumb_down 0

"Ermənistan yox olma təhlükəsi qarşısındadır, cənab prezident!"

Bu sözlər Fransa ictimaiyyətinin ölkə başçısı Emmanuel Makrona müraciətində yer alıb.

Sənəd "LePoint" nəşri tərəfindən dərc edilib.

Müraciətdə Fransa qoşunlarının Ermənistana göndərilməsi təklif olunub.

Sənədin altında onlarla digər şəxslərlə yanaşı, vaxtilə Qarabağa qanunsuz səfərlər edən Paris meri Ann İdalqo və Fransa prezidentliyinə keçmiş namizəd Valeri Pekresin də imzaları var.