Jurnalistdən deputata müraciət – “Ağalar müəllim, yaşamağı bizə haram etməyin!”

20
İyn
12:02
thumb_down 0
148

Bu gün tikinti şirkətlləri bir biri ilə sanki bəhsə girir. Əvvəlcə layihə hazırlayıb müştəri cəlb edir, daha sonra bir mənzili 4-5 nəfərə satır, təmirsiz mənzilləri təmirsizin qiymətinə təklif edir və digər üsullara əl atırlar. Vaxt keçdikcə kriteriyalar dəyişərək sakinləri narahat edəcək həddə çatdırırlar. Nəticədə isə bu durumda haqlı olaraq haqsız vəziyyətə duşən sakinlər çıxış yolu tapa bilmirlər.

Belə tikinti şirkətlərindən biridə “Kristal Abşeron”-dur. Mətbuatda gedən xəbərlərə istinadən bildiririk ki, “Kristal Abşeron” deputat Ağalar Vəliyevə məxsusdur. Bəs görəsən, Ağalar müəllimin bu şikayətlərdən məlumatı varmı?

Beləki, “Kristal Abşeron 1”-də sakinləri narahat edən məsələləri saymaqla bitmir.  İstər süni və əsassız yerə aparılan qiymət artımı, istər parklanma sistemi, istər liftdən istifadə qaydası və ən əsası layihədə binalar arası park kimi sakinlərə təklif edilən ərazini hazırda yeni bina tikilməsi üçün zəbt edilməsidir. Bəs bu MTK reklam etdiyi şəhərciyi hansı məqsədlə layihədən kənar çıxaraq istirahət üçün nəzərdə tutulan parkı yeni tikinti üçün ayarlayır?! Bəs bu mövzuda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi niyə öz mövqeyini bildirmir?!

“SəhərMedia” xəbər portalı olaraq sözügedən “Kristal Abşeron 1”-lə bağlı olan bu məsələ diqqətimizdədir və qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

“Kristal-Abşeron ” bəlkə də yeganə tikinti şirkətidir ki, müştəri məmnuniyyəti barədə düşünmür, düşünmək də istəmir”. Bu barədə jurnalist Arifə Əliyeva öz social səhifəsində bildirib. 2019-cu ildən şirkətin inşa etdiyi “Kristal Abşeron-1” şəhərciyində yaşadığını deyən jurnalistin sözlərinə görə, şirkət sakinlərdən pul qoparmaq üçün hər dəfə bir üsul fikirləşir.

Yazını olduğu kimi təqdim edirik:

ScreenShot_20240620121457
"Abşeron Kristal" tikinti şirkətləri arasında bəlkə də yeganə şirkətdir ki, müştəri məmnuniyyəti barədə düşünmür, düşünmək istəmir.
 
2019-cu ildə bu şirkətin Abşeron rayonunda inşa etdiyi "Kristal Abşeron -1" şəhərciyində ev almışam.
 
Bu 4 il ərzində daha başımıza gəlməyən oyun qalmaylb. Bizə konkret olaraq qazanc mənbəyi kimi baxırlar. Sakinlərin cibinə girmək üçün hər dəfə bir üsul fikirləşib tapırlar.
 
Mənzil alandan qısa müddər sonra kommunal ödənişləri qaldırdırlar. Özü də nə az, nə çox 70 faiz. Bura zibil pulundan tutmuş lift puluna qədər bütün ödənişlər daxildir .
 
Daha sonra liftə kart sistemi tətbiq etdilər. Elə bilirsiniz, bu müasir standarlarla ayaqlaşmaq üşün edilib. Xeyr, yenə məqsəd pul qazanmaqdır.
 
Kartı ititdinsə, ikinci dəfə pulla almalısan. Qiyməti də 10 manat. Mən hələ yaşayış binasında liftə kart sisteminin tətbiq edilməsinin nə dərəcədə doğru olub-olmadığına toxunmuram. Hərçənd, bu məsələdə xeyli narazılıq var. Çünki kart sistemi sakinlər üçün müəyyən problemlər yaradır. Tutaq ki, qonağın gəlib, ya o, piyada 11-ci mərtəbəyə qalxmalıdır, ya da sən aşağı düşməlisən. Çünki qonaqda kart yoxdur. Yaxud kart yaddan çıxıb qalıb evdə, vəssalam, gəl indi bu istidə piyada yuxarı qalx.
 
Nə isə, bütün bunlara birtəhər dözürdük. Amma son addımlarına artıq adamın əsəbləri dözmür.
 
Son addımları da budur ki, qarajların qiymətini 30 manatdan 50 manata qaldırıblar. Qiymət artımının səbəbini də izah etmirlər. Hələ onu demirəm ki, bu xidmətləri də lazımi səviyyədə deyil. Təsəvvür edin, mən qaraja öz yaşadğımı binadan deyil, yanaşı binadan daxil olmalıyam.
 
Həyətdə maşın saxlamağa isə ümumiyyətlə yer qoymayıblar. O qədər sıxlıq var ki, maşınını saxlasan sonra onu oradan çıxarmaq müşkülə çevriləcək. Nəzərə almayıblar ki, binada xəstəsi olan, təcili işi çıxan sakinlər ola bilər. Həmin vaxt onlar maşınlarını həyətdən çıxarmaq üçün azı 2-3 saat əlləşməli olacaq.
 
Şəhərciyin ortasında kiçik bir park var idi. İndi oranı da zəbt ediblər. Deyilənə görə bina tikəcəklər. Allah uzaq eləsin, yanğın olsa, bura yanğınsöndürən maşınlar girə bilməyəcək.
 
Belə başa düşürəm ki, "Kristal Abşeron" tikəndə yalnız hər nə yolla olursa-olsun pul qazanmağı düşünür. Sakinlər necə yaşayacaq, hansı problemlərlə üzləşəcək, onların vecinə deyil. Mətbuatda dəfələrlə yazılıb ki, "Kristal Abşeron" şirkəti deputat Ağalar Vəliyevə məxsusdur. Bu iddia indiyə qədər təkzib olunmayıb.
 
Ona görə də buradan Ağalar Vəliyevə müraciət edərək deyirəm ki, ay Ağalar müəllim, indi bir qələt edib, sizin şirkətdən ev almışıq, niyə bizə yaşamağı haram edirsiniz?!