Tovuzda güclü külək ağacı aşırdı, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandı

20
İyn
18:54
thumb_down 0

Tovuzun Aşağı Quşçu kəndində güclü külək ağacı aşırıb.

seher.media xəbər verir ki, yağışlı və küləkli hava şəraiti səbəbindən Tovuz rayonunda iri gövdəli ağac aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Elektrik naqillərində yaranan problem səbəbindən Tovuzun bəzi kənd və qəsəbələrində elektrik enerjisinin verilişi dayanıb.

Məlumatı seher.media-a "Azərişıq" ASC-dən təsdiqləyiblər. Güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli