İsmayıllıda itkin düşən 17 yaşlı gənc Bakıda tapılıb

21
İyn
17:36
thumb_down 0

İyunun 2-si İsmayıllı rayonunda itkin düşmüş 17 yaşlı gənc tapılıb.

seher.media xəbər verir ki, 2007-ci il təvəllüdlü Kənan Nurəddin oğlu Məmmədov iyulun 2-si İsmayıllı rayonunun Diyallı kəndində yaşadığı evdən çıxaraq geri dönməyib.

Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində 17 yaşlı Kənan Məmmədov Bakı şəhərində tapılıb.