Azərbaycanda təbii fəlakət davam edir: Çay məcrasından çıxdı, evlər su altında qaldı

21
İyn
19:36
thumb_down 0

Quba rayonunda Cağacıq çayı daşıb, Rustov kəndini su basıb.

"Report"un məlumatına görə, güclü leysan yağışları nəticəsində, Cağacıq çayı məcrasından çıxıb. Nəticədə çayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb, Rustov kəndindəki fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib.

Qeyd edək ki, hazırda da Quba rayonunun yüksək dağlıq ərazilərində leysan xarakterli yağış müşahidə edilir.