Aİ "xarici agentlər haqqında qanun"a görə Gürcüstana qarşı mümkün sanksiyaları müzakirə edəcək

22
İyn
00:36
thumb_down 0
26

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri "xarici agent" qanununun qəbul edilməsi ilə əlaqədar olaraq Gürcüstana qarşı mümkün məhdudiyyətləri müzakirə edəcəklər.

"Euractiv" portalı əldə etdiyi sənəd layihəsinə istinadən bunu bildirib.

Sənəddə göstərilir ki, dərhal cavab tədbirləri olaraq, Avropa İttifaqı Gürcüstanla Aİ arasında Assosiasiya Sazişi çərçivəsində ikitərəfli yüksək səviyyəli səfərləri, görüşləri və tədbirləri dayandıra, saziş müzakirələrini, danışıqları və imzalanmasını dondura bilər.

Bundan əlavə, Aİ ölkələri ölkə rəhbərliyinin nümayəndələrinə qarşı məhdudiyyətlər tətbiq etməyi, Gürcüstan hakimiyyətinə fayda verən layihələrin maliyyələşdirilməsini dayandırmağı, Aİ-nin hər hansı maliyyə yardımı, o cümlədən vətəndaş cəmiyyəti və müstəqil KİV-in inkişafı ilə bağlı müzakirələri nəzərdən keçirir.