Bakıda və bir sıra bölgələrdə şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

22
İyn
07:36
thumb_down 0

Ölkə ərazisində faktiki hava durumu ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən seher.media-a bildirilib ki, iyunun 22-si saat 7:00-a olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.

Hazırda Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Şabran, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlıda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək, bölgələrdə isə 23-ü gündüzədək fasilələrlə davam edəcək.