Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

22
İyn
12:36
thumb_down 0

Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alınıb.

seher.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gəncə şəhəri, Ş.İ.Xətai prospektində qanunsuz tikinti işlərinin aparılması faktını aşkarlayıb.

Agentlik Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısını alıb.