Beyləqan rayon mərkəzi xəstəxananın mühafizəçisindən ŞOK İTTİHAM – Palata və iynə otağına kamera qoyub… VİDEO

22
İyn
17:37
thumb_down 0
246

Beylaqan rayon Mərkəzi Xəstəxanasının təhlükəsizlik bölməsində muhafizəçi kimi işləyən Şükürlü Aydın bildirir ki, burada iş saatlarından artıq işlədilirik.

Saatların əmək haqqları ödənmir. Mənim haqqımda mənim xəbərim olmadan qanunsuz olaraq sənədləri saxtalaşdıraraq aktlar tərtib ediblər.

Xəstəxananın direktoru Bayram Muradov da bu qanunsuzluqlara göz yumur, bir neçə nəfərlə əlbir olaraq qanunsuz sənəd saxtalaşdırırlar, işçiləri işdən çıxarırlar, qanunlarımızı da kobud şəkildə pozurlar. Bunun da başında xəstəxanın direktoru Bayram Muradov dayanır. Burada qanunlar kobud şəkildə pozulur.

İşçilərin haqqları ayaq altına atılır, sizdən xaiş edirəm aidiyyəti qurumlar bizim rayonun mərkəzi xəstəxanası ilə maraqlansın. Mərkəzi xəstəxananın təcili yardım otağında xəstələrə iynə vurulan otağa kameralar qoyublar bundan əlavə xəstələr yatan palatalarda kameralar qoyulub.

Kameralarında manitoru təhlükəsizlik bölməsinin rəisinin otağındadır, şəxsən özü baxır ki, bu da qanunla qadağandır- deyə şikayətçi bildirir.