Qax və Zaqatalaya güclü dolu düşüb, meyvə ağaclarına və təsərrüfatlara ziyan dəyib

23
İyn
00:00
thumb_down 0

Qax rayonuna güclü dolu düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, təbiət hadisəsi bu gün axşam saatlarında mərkəzdə və rayonun kəndlərində müşahidə olunub.

İyirmi dəqiqədən artıq davam edən yağıntı nəticəsində meyvə ağaclarına və fərdi təsərrüfatlara ziyan dəyib.

Hazırda Qax rayonunda güclü küləklə müşahidə olunan leysan yağışı yağır.

Eyni zamanda, Zaqatala rayonunun Suvagil kəndinə də dolu düşüb. Yağıntı nəticəsində meyvə ağaclarına və fərdi təsərrüfatlara ziyan dəyib.