Cəlilabadda beş avtomobilin iştirakı ilə qəza baş verdi: Xəsarət alan var

23
İyn
00:18
thumb_down 0

Ələt-Astara avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı KİA, BMW, "Mercedes" , "Nissan" markalı minik avtomobilləri ilə MAN markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.