Altı yaşlı Kübra ağır yanıq xəsarətləri alıb: "Sərbəst yeriyə bilmir"

23
İyn
11:54
thumb_down 0

Altı yaşlı Kübra ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.

Bu barədə seher.media-a onun anası Səidə Miriyeva məlumat verib.

Ana Kübranın martın 30-da evdə yandığını bildirib.

"Kübranın altı yaşı var. Ayağında problemlə dünyaya gəlib. Buna görə də sərbəst yeriyə bilmir. Martın 30-da evdə gəzərkən ayağı büdrəyib, stoldan tutmaq istəyərkən stolun üzərindəki qazanı üzərinə aşırıb".

Səidə Miriyeva övladının həmin gündən xəstəxanaya yerləşdirildiyini deyib.

"Biz Sabirabadda yaşayırıq. Hadisə baş verən kimi dərhal xəstəxanaya getdik. Bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada bir müddət müalicə alıb evə çıxmalı olduq. Evə çıxdığımız gündən Kübranın müalicələrini sizin oxucularının dəstəyi ilə apara bilirik. Hazırda onun müalicələri üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 227-65-47.

Kapital Bank: 5239 1517 5785 4917.