Göyçayda iaşə obyektlərində yanğın baş verib

23
İyn
13:36
thumb_down 0

Göyçayda yanğın hadisəsi baş verib.

seher.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonunun Potu kəndində ümumi sahəsi 280 kvadratmetr olan birmərtəbəli, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (ərzaq mağazası, kafe və avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir) kafenin və avtoyuma məntəqəsinin yanar konstruksiyaları 140 kvadratmetr sahədə yanıb.

Ərzaq mağazası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.