Lənkəranda kişi faciəli şəkildə ölüb

24
İyn
16:54
thumb_down 0

Lənkəranda 35 yaşlı kişinin körpüdən yıxılaraq öldüyü məlum olub.

seher.media-ın məlumatına görə, bu gün rayonun Sütəmurdov kənd sakini Vüsal Əliqulu oğlu Rəhimovun meyiti "Dəhnə" deyilən ərazidəki körpünün altından tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçiriblər.

İlkin rəyə görə, mərhum ehtiyatsızlıqdan körpüdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.