Dörd Avropa ölkəsi Aİ-dən 2,5 milyard avro pul tələb edir

27
İyn
12:54
thumb_down 0
21

Polşa, Litva, Latviya və Estoniya Avropa İttifaqını (Aİ) Rusiya və Belarusla sərhəddə 700 kilometrlik müdafiə xəttinin tikintisinə vəsait ayırmağa çağırıb.

Bununla əlaqədar dörd ölkə rəhbərliyinin Aİ-yə ünvanlandığı sənədin mətnində qeyd olunur.

Müdafiə xəttinin dəyəri 2,5 milyard avro dəyərində qiymətləndirilir.

"Avropa İttifaqının Rusiya və Belarusla xarici sərhədi boyunca müdafiə infrastrukturu sisteminin yaradılması Aİ-ni hərbi və hibrid təhlükələrdən qoruyacaq", - deyə sənəddə qeyd olunur.

Planlaşdırma və tikintinin NATO və onun hərbi tələblərinə uyğun həyata keçiriləcəyi bildirilir.

Mənbə: Reuters