Ağsuda aramsız yağışlar fəsadlar törətdi, sakinlər təxliyə edildilər

27
İyn
13:00
thumb_down 0
36

İyunun 26-sı axşam saatlarından başlayaraq yağan aramsız yağışlar Ağsu rayonunda fəsadlar törədib.

seher.media xəbər verir ki, rayonun bir sıra kəndlərində, eləcə də şəhər ərazisində yol infrastrukturuna və təsərrüfata ziyan dəyib, yaşayış evlərinin zirzəmilərinə su dolub. Ağsu şəhəri ilə Aratlı-Curuğlu kəndini birləşdirən avtomobil yolunun 20 metrlik asfalt hissəsi tamamilə yuyularaq sıradan çıxıb.

Polis və digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub, su basmış evlərdən sakinlərin daha təhlükəsiz yerlərə təxliyə olunması həyata keçirilib.

Baş verən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.