Rusiyada 10 minə yaxın miqrant müharibəyə göndərilib

27
İyn
14:36
thumb_down 0
34

Rusiya vətəndaşlığını qəbul etmiş 10 minə yaxın miqrant müharibə zonasına göndərilib.

Bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində "Müasir Rusiyada miqrasiya siyasətinin hüquqi aspektləri" sessiyasında çıxışı zamanı bildirib.

"Ölkə vətəndaşlığını qəbul edənlərin 30 mindən çoxu qeydiyyata alınıb və artıq 10 minə yaxını müharibə zonasına göndərilib", - deyə o, qeyd edib.

Bastrıkin xatırladıb ki, Rusiya Federasiyasının qanunları yeni vətəndaşların hərbi qeydiyyata alınması və zəruri hallarda hərbi xidmətdə iştirak öhdəliyini nəzərdə tutur.

Mənbə: İzvestiya