Rusiyada ölüm hökmü bərpa oluna bilər

29
İyn
05:36
thumb_down 0
38

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ölüm cəzasına qoyulan moratoriumun götürülməsi imkanının nəzərdən keçirilməsini təklif edib.

Bu barədə İstintaq Komitəsinin sədri Sankt-Peterburqda keçirilən Beynəlxalq Gənclər Hüquq Forumunun plenar sessiyasında bildirib.

O, ölkədə ağır cinayətlərin sayının artdığını qeyd edib və bununla bağlı ölüm hökmünün qaytarılması barədə düşünməyi təklif edib:

"Biz ölüm cəzasına qoyulan moratoriumun aradan götürülməsi imkanlarını nəzərdən keçirməliyik. Bəzi hallarda bundan istifadə edilməlidir", - komitə rəhbəri bəyan edib.

Eyni zamanda, A.Bastrıkin hesab edir ki, bunun üçün prezidentin fərmanı kifayətdir: "Bəzi ixtisaslı hüquqşünaslar mənə dedilər ki, Konstitusiyanın dəyişdirilməsinə ehtiyac var, referendum keçirilməlidir. Lakin hesab edirəm ki, ölüm cəzasına qoyulan moratoriumu sadəcə olaraq prezidentin fərmanı ilə aradan götürmək lazımdır", - o əlavə edib.

Mənbə: interfaks.ru